Ən yaxşı pensiya sistemi olan ölkələrin reytinqi açıqlanıb - TOP-20

Ən yaxşı pensiya sistemi olan ölkələrin reytinqi açıqlanıb - TOP-20
# 23 oktyabr 2019 10:19 (UTC +04:00)

“Mercer” beynəlxalq konsaltinq şirkəti Monaş Universitetinin Melburn Maliyyə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri ilə birgə dünyanın pensiya sistemlərinin növbəti reytinqini (“Melbourne Mercer Global Pension Index” – MMGPI-2019) tərtib ediblər.

APA-Economics”in sözügedən reytinqə istinadən verdiyi məlumata görə, tədqiqatçılar dünya əhalisinin təxminən 63%-nin yaşadığı 37 fərqli ölkənin pensiya sistemlərini araşdırıb və nəticədə siyahı tərtib ediblər (2009-cu ildə reytinqin ilk buraxılışında cəmi 11 ölkə təhlil olunub).

Siyahıda yer almış ölkələrin pensiya sistemləri dörd əsas qrupa bölünüb – A-dan (birinci dərəcəli və etibarlı, fayda gətirən, sabit, davamlı və s.) D-dək (sistemdə ciddi çatışmazlıqlar mövcuddur ki, onları aradan qaldırmaq gərəkdir).

Ən yaxşı pensiya sistemi olan ölkələrin reytinqi:

#

Ölkə

2019-cu ildəki bal

Qrup

2018-ci ildəki bal

1

Niderland

81,0

A

80,3

2

Danimarka

80,3

A

80,2

3

Avstraliya

75,3

B+

72,6

4

Finlandiya

73,6

B

74,5

5

İsveç

72,3

B

72,5

6

Norveç

71,2

B

71,5

7

Sinqapur

70,8

B

70,4

8

Yeni Zelandiya

70,1

B

68,5

9

Kanada

69,2

B

68,0

10

Çili

68,7

B

69,3

11

İrlandiya

67,3

B

66,8

12

İsveçrə

66,7

B

67,6

13

Almaniya

66,1

B

66,8

14

Böyük Britaniya

64,4

C+

62,5

15

Honkonq

61,9

C+

56,0

16

ABŞ

60,6

C+

58,8

17

Malayziya

60,6

C+

58,5

18

Fransa

60,2

C+

60,7

19

Peru

58,5

C

62,4

20

Kolumbiya

58,4

C

62,6

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR