Fransanın iqtisadiyyat və maliyyə naziri Azərbaycana gələcək

Fransanın iqtisadiyyat və maliyyə naziri Azərbaycana gələcək
# 10 iyul 2019 16:12 (UTC +04:00)

İyul ayının sonunda Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mairenin Azərbaycana səfəri gözlənilir.

Maliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu barədə nazir Samir Şərifov Azərbaycanda səfərdə olan Fransa Sahibkarlar Təşkilatı – MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı bildirib.

Nazir qeyd edib ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub.

Jofrua Ru de Beziö iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inkişafı istiqamətləri barədə fikirlərini bölüşərək Fransanın ölkəmizlə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR