Gələn il Azərbaycan dövlət borcuna 2,5 mlrd. manata yaxın vəsait xərcləyəcək

Gələn il Azərbaycan dövlət borcuna 2,5 mlrd. manata yaxın vəsait xərcləyəcək
# 13 sentyabr 2019 17:16 (UTC +04:00)

Azərbaycanda 2020-ci ilin dövlət büdcəsi xərclərinin tərkibində dövlət borcuna xidmət xərclərinin 2 458,2 mln. manat, o cümlədən faiz xərclərinin 775,4 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, imzalanmış kredit sazişləri çərçivəsində 2020-ci il ərzində xarici dövlət borcu üzrə 559,4 mln. ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi (yeni borclanma) nəzərdə tutulur. Eyni zamanda, daxili borc üzrə 2020-ci il ərzində 100 mln. manat həcmində yeni (təkrar maliyyələşən borclar nəzərə alınmadan) borcların cəlb edilməsi proqnozlaşdırılıb.

2020-ci ilin əvvəlinə imzalanmış kredit sazişlərindən istifadə proqnozları nəzərə alınmaqla Azərbaycan Respublikasının xarici dövlət borcunun 8 860,0 mln. dollar ekvivalenti, daxili dövlət borcunun isə 1 420,0 mln. manat təşkil edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR