Gələn il üzrə dövlət borclarının ödənilməsi üçün ayrılan vəsait 22%-ə yaxın azaldılıb

Gələn il üzrə dövlət borclarının ödənilməsi üçün ayrılan vəsait 22%-ə yaxın azaldılıb
  • Clock-gray 17:26
  • calendar-gray 18 Oktyabr 2019

Gələn il Azərbaycanda dövlətin daxili və xarici borclarının ödənilməsi üçün 1 828,2 mln. manat vəsait ayrılacaq.

APA-Economics”in məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 21,7%, yaxud 506,6 mln. manat azdır. Bu il dövlət büdcəsində dövlətin daxili və xarici borclarının ödənilməsi üçün 2 334,8 mln. manat proqnozlaşdırılıb.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date