Gələn ilin dövlət büdcəsində yol vergisinin məbləğinin yenidən hesablanması təklif edilib

Gələn ilin dövlət büdcəsində yol vergisinin məbləğinin yenidən hesablanması təklif edilib
# 08 noyabr 2019 15:08 (UTC +04:00)

Gələn ilin dövlət büdcəsinin gəlirlərində yol vergisi üzrə proqnoz göstəriciləri minik avtomobillərinin idxalı və avtomobil benzini və dizel yanacağı üzrə ölkədaxili istehlak həcmlərinə uyğun olaraq proqnozlaşdırılmayıb.

APA-Economics”in məlumatına görə, bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, cari ilin gözlənilən icrası ilə müqayisədə avtomobil benzini üzrə ölkədaxili istehsalın istehlaka yönəldilməsindən yol vergisi 6,6 mln. manat azalma ilə, idxal olunan avtomobil benzininə yol vergisi isə cəmi 2,8 mln. manat artımla nəzərdə tutulub. Hesablama Palatası qeyd edilən daxilolmalar üzrə mövcud makro-mühitin proqnoz göstəricilərinin nəzərə alınması ilə növbəti il üçün təklif edilən məbləğlərin yenidən hesablanmasına ehtiyac olduğunu qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR