Gürcüstanda bu il ləğv edilən mikromaliyyə təşkilatlarının sayı 19-a çatıb

Gürcüstanda bu il ləğv edilən mikromaliyyə təşkilatlarının sayı 19-a çatıb
# 12 noyabr 2019 12:54 (UTC +04:00)

Gürcüstanda daha bir mikromaliyyə təşkilatının ləğv edilməsi proseduruna başlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının vitse-prezidenti müvafiq fərman imzalayıb.

Fərmanda bu ölkədə fəaliyyət göstərən "Swiss Credit" Mikromaliyyə Təşkilatının qeydiyyatı ləğv edilməsi prosesinə başlanması barədə göstəriş verilib.

Bununla da cari il ərzində Gürcüstanda ləğv edilən mikromaliyyə təşkilatlarının sayı 19-a çatıb.

Gürcüstan Milli Bankının statistikasına əsasən, bu ölkədə 2019-cu ilin yanvarında 65, fevralda 63, mart-aprel aylarında 61, mayda 58, iyunda 56, iyulda 55, avqustda 53, sentyabrda 52, noyabrın 11-də isə 48 mikromaliyyə təşkilatı fəaliyyət göstərib. Ötən ilin noyabrında isə bu ölkədə qeydiyyatda olan mikromaliyyə təşkilatlarının sayı 67 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR