Gürcüstanın neft məhsulları idxalı azalıb

Gürcüstanın neft məhsulları idxalı azalıb
# 19 avqust 2019 13:03 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstanın neft və neft yağları idxalı 17,3% azalıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilib. Bildirilib ki, cari ilin yanvar-iyul ayları ərzində Gürcüstan 404 383.6 min ABŞ dolları dəyərində neft və neft yağları idxal edib ki, bu da ümumi ixracın 8,1%-nə bərabər olub. Ötən il isə Gürcüstan 489 258.8 min ABŞ dolları dəyərində məhsul idxal edib. Bu, ümumi idxalda 9,4% təşkil edib.

Yanvar-iyul ayları ərzində Gürcüstanın idxal etdiyi qaz və qazlı hidrokarbonların idxalı isə 7% artaraq 189 763,9 min ABŞ dollara çatıb. Bu, ümumi idxalda 3,8% təşkil edib.

Hesabata əsasən ötən il Gürcüstan 177 385,4 min ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da ümumi idxalda 3,4% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR