Gürcüstanın Neft və Qaz Korporasiyası 300 mln. avroluq avrobond buraxacaq

Gürcüstanın Neft və Qaz Korporasiyası 300 mln. avroluq avrobond buraxacaq
# 14 noyabr 2019 13:41 (UTC +04:00)

Gürcüstanın Neft və Qaz Korporasiyası 2020-ci ilin mart ayının sonu – aprel ayının əvvəlində 300 mln. avro dəyərində avrobond buraxacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qurumun maliyyə direktoru Omar Oqbaidze Gürcüstanın İctimai kanalına bildirib.

Onun sözlərinə görə, istiqrazların yerləşdirilməsi nəticəsində əldə olunan məbləğ Qardabanidə yeni 3-cü nəsil istilik elektrik stansiyasının (İES) tikintisinə xərclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR