Gürcüstanın xarici ticarət dövriyyəsində 3,3 mlrd. dollarlıq mənfi saldo yaranıb

Gürcüstanın xarici ticarət dövriyyəsində 3,3 mlrd. dollarlıq mənfi saldo yaranıb
# 13 sentyabr 2019 11:37 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 8 126,1 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə cəmi 0,01% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, hesabat dövründə Gürcüstanın ixracı 12,4% artaraq 2 411,6 mln. dollara çatıb. İdxal isə 4,4% azalaraq 5 714,5 mln. dollar təşkil edib.

Nəticədə Gürcüstanın xarici ticarətin dövriyyəsində 3 302,9 mln. dollarlıq mənfi saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR