IMF: Azərbaycanın qeyri-neft ÜDM-i gələn il 2,8% artacaq - PROQNOZ

IMF: Azərbaycanın qeyri-neft ÜDM-i gələn il 2,8% artacaq - PROQNOZ
# 20 sentyabr 2019 18:00 (UTC +04:00)

Azərbaycanda 2020-ci ildə ÜDM-in artım tempi 2,1% təşkil edəcəyi proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) dərc etdiyi yeni hesabatda deyilir.

Hesabata əsasən, 2019-cu ildə ölkə iqtisadiyyatı 2,7%, 2020-ci ildə isə 2,1% artacaq. Bununla yanaşı, Azərbaycanın qeyri-neft ÜDM-in artım tempi bu il 2,8%, 2020-ci ildə isə 2,7%, neft ÜDM-in artım tempi isə müvafiq olaraq 2,5% və 1,2% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR