İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
# 16 avqust 2019 14:50 (UTC +04:00)

Avqustun 19-da Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 20 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İKZF-dən “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar 1 002,3333 manat qiyməti ilə satışa çıxarılacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti bu il iyunun 25-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 110 milyon manat, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə faiz dərəcəsi isə 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR