BFB-də İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının növbəti tranşı yerləşdirilib

BFB-də İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının növbəti tranşı yerləşdirilib
# 13 sentyabr 2019 17:44 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zamanət Fondunun AZ2039008688 ISIN-li, 30 mln. manat həcmində, 23 il tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1 004,4167 manat olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 mln. manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 30 mln. manat təşkil edib. İ

stiqrazların ödəmə tarixi 23 mart 2042-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR