Əli Məsimli: “Əmanətlərin sığortalanması ilə bağlı narahatlığa ehtiyac yoxdur”

Əli Məsimli: “Əmanətlərin sığortalanması ilə bağlı narahatlığa ehtiyac yoxdur”
# 07 dekabr 2020 21:26 (UTC +04:00)

“Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında “Əmanətlərin tam sığortalanması haqqında” və “Əmanətlərin sığortalanması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələlər də müzakirəyə çıxarılacaq. Həmin dəyişikliklərin qəbul edilməsi ilə əmanətlərin sığortalanması ətrafında son vaxtlar yaranan narahatlıqlara son qoyulacaq”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib. Deputat bildirib ki, “Əmanətlərin tam sığortalanması haqqında” dəyişikliklərə əsasən 2021-ci il 5 aprel tarixinədək həmin Qanununa uyğun olaraq bütün qorunan əmanətlər tam şəkildə sığortalanması təmin ediləcək: “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa isə belə bir dəyişiklikliyin edilməsi təklif olunur ki, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılsın. Bu dəyşiklik 2021-ci il 5 aprelindən qüvvəyə minəcək. Eyni zamanda fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarındakı pul vəsaitləri də, kompensasiya məbləği 20 min manatdan çox olmamaq şərtilə, sığortalanacaq. Fərdi sahibkarların pul vəsaitlərinin əmanətlərin sığortalanması sisteminə daxil edilməsi hökumətin kiçik sahibkarlığın inkişafını dəstəkləməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR