Əli Əsədov: “Azərbaycanla Türkiyənin mövqeyi bütün məsələlərdə üst-üstə düşür”

Əli Əsədov: “Azərbaycanla Türkiyənin mövqeyi bütün məsələlərdə üst-üstə düşür”
# 19 fevral 2021 18:07 (UTC +04:00)

“Səfərimiz çox uğurlu keçdi. Bu iki gün ırzində çox məhsuldar görüşlər keçirdik”.

APA-nın məlumatına görə, bunu baş nazir Əli Əsədov bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.

Baş nazir bildirib ki, Azərbaycana bütün məsələlərdə göstərilən dəstəyə görə qardaş Türkiyəyə minnətdardır: “Biz neçə gün ərzində çox işgüzar işlədik. Komissiyanın bugünkü iclası bir daha onu göstərdi ki, Azərbaycanla Türkiyənin mövqeyi bütün məsələlərdə üst-üstə düşür. Heç bir məsələ ilə bağlı fikir ayrılığı yoxdur. Türkiyə və Azərbaycanın qardaşlıq əlaqələri bundan sonra inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR