Əli Əsədov: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı alınacaq”

Əli Əsədov: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı alınacaq”
  • Clock-gray 11:36
  • calendar-gray 16 Mart 2021

“Dövlət başçısının tapşırığına uyğun olaraq, azad edilmiş torpaqlarda 100 min hektara yaxın ərazidə əkin işlərinin aparılması ölkənin ərzaq təhlükəsizliyi təminatını artıracaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi yeni SES-lərin yaradılmasına şərait yaradacaq və bu, diqqətdə saxlanılacaq: “Qarşıdakı dövrdə büdcə xərclərindən səmərəli istifadə edilməsi, izafi xərclərin qarşısının alınması üçün nəzarətin daha da gücləndirilməsi təmin ediləcək. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq. Dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdiriləcək. Nazirlər Kabineti özünün fəaliyyət proqramı kimi qəbul etdiyi Prezidentin bütün tapşırıqlarının vaxtında və tam icrasını təmin edəcək. Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq. Hazırda postpandemiya dövrünə ciddi hazırlıq işləri görülməkdədir”.

 

Firuzə Vahid

Digər xəbərlər