Əli Əsədov: “Türkiyə şirkətləri Qarabağda infrastrukturun qurulmasında yaxından iştirak edir”

Əli Əsədov: “Türkiyə şirkətləri Qarabağda infrastrukturun qurulmasında yaxından iştirak edir”
  • Clock-gray 18:21
  • calendar-gray 19 Fevral 2021

“Artıq işğaldan azad olmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanılıb”. Razılaşmalar imzalanıb. Türkiyə şirkətləri infrastrukturun yenidən qurulmasında yaxından iştirak edir”.

APA-nın məlumatına görə, bunu baş nazir Əli Əsədov bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.

Baş nazir bildirib ki, müxtəlif sahələrdə əməkdaşlığımızı nəzərdə tutan bir çox sənədlər dünən keçirilən görüşlərdə imzalanıb: “Bu, çoxtərəfli platforma gələcək üçün böyük perspektivlər vəd edir. Əminəm ki, bu gün keçirilən iclasın nəticələri ikitərəfli münasibətlərin inkişafına da təkan verəcək. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyəyə çatıb. Əməkdaşlığımız bütün sahələri əhatə edir. 2023-cü ilədək ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmaq əsas hədəflərimizdəndir”.

Baş nazir dünən və bu gün keçirilən görüşlərdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıqla bağlı fikir mübadiləsi apardıqlarını da bildirib.

Firuzə Vahid

Digər xəbərlər