BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 15 oktyabr 2019 16:29 (UTC +04:00)

Oktyabrın 15-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104010746 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 91,7846 manat (9,0000%%) və 94,3689 manat (6,0000%) olan 18 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93,9720 (6,500%), orta ölçülmüş qiyməti 94,0594 (6,3505%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81 854 800 manat yerləşdirilən həcmi isə 25 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 13 oktyabr 2020-ci ildir.

Hərrac iştirakçıları oktyabrın 16-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR