Əmanətlər üzrə kompensasiya məbləği 3 dəfə artırılıb

Əmanətlər üzrə kompensasiya məbləği 3 dəfə artırılıb
# 18 dekabr 2020 11:34 (UTC +04:00)

Əmanətlər üzrə kompensasiya məbləği 3 dəfə artırılıb.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, "Əmanətlərin tam sığortalanması" Qanununun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği üç dəfədən çox artırılıb. Başqa sözlə, gələn il aprelin 5-dən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılması təklif olunur. Həmçinin 20 min manatdan çox olmamaq şərti ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri ilə sığortalanacaq. O cümlədən notariusun depozit hesablarında qalmış fiziki şəxslərə məxsus vəsaitlər də tam məbləğdə sığortalanacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR