Əmanətlərin tam sığortalanması müddəti uzadılıb

Əmanətlərin tam sığortalanması müddəti uzadılıb
# 18 dekabr 2020 11:33 (UTC +04:00)

Əmanətlərin tam sığortalanması müddəti uzadılıb.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib və layihəyə əsasən qanunun müddətinin gələn il aprelin 5-dək uzadılıb.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR