MBNP yaxın günlərdə Ukrayna və Belarus milli bankları ilə anlaşma memorandumu imzalayacaq

MBNP yaxın günlərdə Ukrayna və Belarus milli bankları ilə anlaşma memorandumu imzalayacaq
# 12 noyabr 2019 17:44 (UTC +04:00)

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yaxın günlərdə Ukrayna və Belarus milli bankları ilə anlaşma memorandumu imzalayacaq.

"APA-Economics"in MBNP-yə istinadən verdiyi məlumata görə, Ukrayna və Belarus milli bankları ilə Palata arasında anlaşma memorandumunun mətni artıq razılaşdırılıb və yaxın günlərdə sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, 2017-ci ildə Palata Gürcüstan Milli Bankı ilə analoji sənədi imzalayıb və cari il ərzində qurumlar arasında iki qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR