Əmlak Məsələləri Dövlət Xidmətinin ötənilki büdcə daxilomaları proqnozları üstələyib

Əmlak Məsələləri Dövlət Xidmətinin ötənilki büdcə daxilomaları proqnozları üstələyib
# 10 fevral 2021 18:07 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə dövlət əmlakının icarəyə verilməsindən daxilomalar üzrə 10,3 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 2,3 mln. manat və 28,8% çoxdur.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2020-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 10 677,2 mln. manat və ya 105,4% icra edilib ki, bu da 2019-cu illə müqayisədə 63,7 mln. manat və ya 0,6 % çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 7 387,2 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 197,2 mln. manat və ya 2,7% çoxdur.

Həmin vəsaitin 75,6%-i və ya 5 585,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 185,1 mln. manat və ya 3,4%, 2019-cu illə müqayisədə 153,1 mln. manat və ya 2,8% çoxdur.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 938,2 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 108,2 mln. manat və ya 2,8% çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılmış məbləğdə transfert, yəni 12 200 mln. manat vəsait daxil olub.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 596,1 mln. manat təşkil edib ki, bu da proqnozdan 207,9 mln. manat və ya 25,9% az, 2019-cu illə müqayisədə isə 17,2 mln. manat və ya 3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR