Naxçıvana uçuşlara görə yaranmış zərərin ödənilməsi üçün AZAL-a 10 milyon manat ayrılıb

Naxçıvana uçuşlara görə yaranmış zərərin ödənilməsi üçün AZAL-a 10 milyon manat ayrılıb
# 18 oktyabr 2019 18:04 (UTC +04:00)

Nəqliyyat və rabitə xərcləri üçün 2020-ci il dövlət büdcəsindən 302,7 milyon manat vəsait proqnozlaşdırılır.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Həmin məbləğdən (subsidiya və nizamnamə kapitalının artırılması) “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üçün 10 milyon manat (Naxçıvan Muxtar Respublikasına edilən aviaeyslərə görə yaranmış zərərin ödənilməsi ilə bağlı xərclər), “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üçün 40 milyon manat, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti üçün 28 milyon manat, dövlət orqanlarına proqram təminatının alınması ilə bağlı xərclər üçün 40,5 milyon manat, dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər üçün 52,7 milyon manat və digər tədbirlərlə bağlı xərclər üçün 65,5 milyon manat vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR