Nazir: Azərbaycan-Çin müştərək aqrar-sənaye kompleksinin inşasına 100 milyonlarla dollar investisiya qoyulacaq

Nazir: Azərbaycan-Çin müştərək aqrar-sənaye kompleksinin inşasına 100 milyonlarla dollar investisiya qoyulacaq
  • Clock-gray 11:01
  • calendar-gray 20 Sentyabr 2019

Azərbaycanla Çin tərəfindən müştərək aqrar-sənaye kompleksinin yaradılmasına 100 milyonlarla ABŞ dolları həcmində investisiya qoyulacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC Çinin "CAMC Engineering" arasında anlaşma memorandumu imzalanıb. Memorandum Azərbaycanla Çin tərəfindən Azərbaycanda müştərək aqrar-sənaye kompleksinin yaradılması, kompleksdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, kənd təsərrüfatı texnikalarının istehsalının məqsədilə Çindən investisiyaların cəlb edilməsini nəzərdə tutur.

Nazirin sözlərinə görə, bu layihə çərçivəsində ilkin mərhələdə Azərbaycanda traktor istehsalı zavodunun, suvarma sistemləri istehsalı və bir sıra kənd təsərrüfatı məhsullarının emalı müəssisələrin yaradılması nəzərdə tutulub.

"Sərmayələrin həcmi 100 milyonlarla dollar, açılan yeni iş yerlərinin sayı isə minlərlə ölçüləcək", - deyə nazir qeyd edib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date