"NBCBank"ın xalis mənfəəti azalıb

"NBCBank"ın xalis mənfəəti azalıb
# 21 oktyabr 2019 10:31 (UTC +04:00)

"NBCBank" bu ilin III rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

"APA-Economics"in sözügedən hesabata istinadən verdiyi məlumata görə, bu ilin sentyabrın 30-na "NBCBank"ın xalis mənfəəti 111,5 min manat təşkil edib ki, bu da cari ilin II rübü ilə müqayisədə 39,7% azdır.

Hesabat dövründə bankın cəmi aktivləri əvvəlki rübə nisbətən 3,8% artaraq 304 814 min manat təşkil edib. Bankın cəmi öhdəlikləri isə 4,7% artıb və 246 505 min manata çatıb.

Ötən rübü 213 645 min manat kredit portfeli (müştərilərə verilmiş kreditlər) ilə başa vuran "NBCBank" cari ilin iyul-sentyabr aylarında bu göstəricidə 4%-lik artıma nail olub və onu 222 203 manata çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR