"PASHA Bank" maliyyə göstəricilərini açıqlayıb

"PASHA Bank" maliyyə göstəricilərini açıqlayıb
# 08 oktyabr 2019 11:12 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında “PASHA Bank”ın nizamnamə kapitalı 333 mln. manata bərabər olub. Bu göstərici bankı Azərbaycanın ən kapitallaşdırılmış özəl bankı edib.

APA-Economics”in məlumatına görə, bunu bu gün “PASHA Bank”ın 2019-cu ilin yarım illik maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfransında çıxış edən bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev deyib.

O həmçinin bildirib ki, “PASHA Bank” aktivlərinin həcminə görə Azərbaycanın TOP-5 özəl banklar siyahısına daxildir. 30 iyun 2019-cu il tarixinə bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 5 043 308 min manat, müştərilərə verilən kreditlər 23% artaraq 1 920 982 min manat, müştərilərin müddətli əmanətləri 20% artaraq 1 401 551 min manat, müddətsiz əmanətlər 6% artaraq 2 287 613 min manat, cəmi kapitalı isə 4% azalaraq 519 962 min manat təşkil edib.

“Hesabat dövründə “PASHA Bank”ın xalis faiz gəlirləri 27% artaraq 104 179 min manat. Xalis haqq və komissiya gəlirləri 64% artaraq 12 126 min manat, valyuta əməliyyatları üzrə xalis gəlir 8% artaraq 8 543 min manat, ümumi mənfəət (vergiyə qədər) 4% artaraq 45 866 min manat, xalis mənfəət 1% artaraq 35 696 min manat olub”, - deyə B. Nağıyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR