"PwC Azerbaijan" ARDNF-in maliyyə fəaliyyətinin auditini keçirəcək

"PwC Azerbaijan" ARDNF-in maliyyə fəaliyyətinin auditini keçirəcək
# 23 sentyabr 2019 11:23 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini "PwC Audit Azerbaijan" şirkəti keçirəcək.

APA-Economics”ə ARDNF-dan verilən məlumata görə, ARDNF 2019-cu, 2020-ci və 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.

Məlumata əsasən, xidmət təklifləri sorğusuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş “"PwC Audit Azerbaijan"” şirkəti müsabiqənin qalibi müəyyən edilmiş və Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ARDNF-in 2019-cu, 2020-ci və 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR