"Rabitəbank" dövlət qulluqçularına sərfəli şərtlərlə kredit təklif edir

"Rabitəbank" dövlət qulluqçularına sərfəli şərtlərlə kredit təklif edir
# 08 noyabr 2019 13:48 (UTC +04:00)

"Rabitəbank" ASC “Dövlət qulluğu krediti”nə 3% endirim tətbiq edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, belə ki, müddətindən asılı olmadan, dövlət qulluqçularına özəl olaraq, kreditin şərtlərinə əsasən, müştərilər tərəfindən heç bir komissiya ödənilməyəcək və kredit üzrə faiz dərəcəsi yeni şərtlərə əsasən 19% təşkil edəcək.

Qeyd edək ki, "Dövlət qulluğu krediti"nin şərtlərinə əsasən, 5 il dövlət qulluğunda xidmət edən yaxud təhsil və səhiyyə sahəsində ən azı 5 il təcrübəyə malik olan şəxslər bu krediti əldə edə bilərlər.

Kredit üzrə minimal məbləğ 200 manat, maksimal məbləğ isə 15 min manat olmaqla, 50 ayadək müddətinə verilir. Həmçinin, 10 min manat məbləğində alınan kredit üçün heç bir zamin tələb olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR