"Rabitəbank" yeni məhsulunu təqdim edib

"Rabitəbank" yeni məhsulunu təqdim edib
# 20 noyabr 2019 15:14 (UTC +04:00)

“Rabitəbank” ASC rebrendinqlə əlaqədar olaraq “Kartmane” kart məhsullarını təqdim edib.

APA-Economics”in banka istinadən verdiyi məlumata görə, “Kartmane” debit kartında ölkədə və dünyanın istənilən nöqtəsində bütün yanacaqdoldurma məntəqələrində 10%-dək “cashback”, ölkədə və dünyanın istənilən nöqtəsində bütün kafe və restoranlardan 5% “cashback”, “Rabitəbank”ın partnyor şəbəkəsinə daxil olan yüzlərlə mağazadan “cashback” və s. kimi xidmətləri cəmləşdirir.

Bundan əlavə, “Kartmane”nin kredit kart variantı da olacaq. Belə ki, bu, ölkədə ilk dəfə olaraq tam 100 gün güzəşt müddətli kredit kartı olacaq. Bankın yeni “Kartmane” kredit kartı ilə ödəniş edib kredit məbləğindən tam 100 gün faizsiz istifadə etmək olar.

Rahat bankçılıq aləti olacaq bu kartlar dekabr ayının 1-dən etibarən satışa çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR