Ramil İmamov: "Kapital Bank" taksit kartları bazarında liderlik edir      

Ramil İmamov: "Kapital Bank" taksit kartları bazarında liderlik edir      
# 17 oktyabr 2019 13:08 (UTC +04:00)

Bu ilin əvvəlində 200 minə yaxın “BirKart” əldə edən müştəri olub ki, bunun nəticəsində hazırda “BirKart” sahiblərinin sayı 430 minə çatıb və əminliklə demək olar ki, taksit kartları bazarında da birincilik “Kapital Bank”a məxsusdur.

“Kapital Bank”dan “APA-Economics”ə verilən məlumata görə, bunu bankın Baş Pərakəndə Satış inzibatçısı Ramil İmamov deyib.

“Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i “BirKart” sahibidir. “BirKart”ı daha əlçatan və sərfəli etmək üçün bir sıra işlər həyata keçiririk”, deyə R. İmamov qeyd edib.

Bu sahədə olan layihələr haqqında danışan R. İmamov qeyd edib ki, “BirKart” bank olmayan kredit təşkilatı ilə (BOKT) uğurlu əməkdaşlıq mövcuddur və hazırda həm Bakıda, həm də Gəncə və Sumqayıt şəhərlərində BOKT-ların 14 filialı xidmət göstərir.

Bankın rəsmisinin sözlərinə görə, müştərilərə BOKT filiallarında “BirKart” satışı həyata keçirilir, “BirBank” tətbiqi üzərindən müxtəlif növ xidmətlər təklif olunur, həmçinin bu məhsullar üzrə istənilən sualların cavablandırılması həyata keçirilir.

O, əlavə edib ki, bu günədək BOKT filiallarından minlərlə müştəri “BirKart” əldə edib, bunun da böyük əksəriyyətini məvaciblərini “Kapital Bank”dan almayan müştərilər təşkil edir. Bu kartlar üzrə limit məbləğlərinin 70%-dən çoxu taksit dövriyyəsinə yönəlib.

Qeyd edək ki, “BirKart” – “Kapital Bank”ın təqdim etdiyi faizsiz və komissiyasız taksit imkanı verən unikal bir kartdır. Kartın limiti 10 min manat, müddəti isə 36 aydır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR