Ərzaq və yemlik arpa üçün idxal gömrük rüsumu müəyyənləşib

Ərzaq və yemlik arpa üçün idxal gömrük rüsumu müəyyənləşib
# 04 mart 2021 17:50 (UTC +04:00)

Ərzaq və yemlik təyinatlı arpa üçün idxal gömrük rüsumu müəyyənləşib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Qərara əsasən, ərzaq və yemlik təyinatlı ARPA üçün 5 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Qeyd edək ki, hazırda toxumluq arpa idxal gömrük rüsumundan azaddır, digər arpalar üçün isə 5 faiz idxal gömrük rüsumu alınır. Toxumluq arpa və digər arpalar üçün mövcud gömrük rüsumu qüvvədə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR