Şahin Mustafayev: Azərbaycanın dolayı yolla Çinə yatırdığı cari investisiyaları 1,7 mlrd. dollar təşkil edir

Şahin Mustafayev: Azərbaycanın dolayı yolla Çinə yatırdığı cari investisiyaları 1,7 mlrd. dollar təşkil edir
  • Clock-gray 12:40
  • calendar-gray 20 Noyabr 2019

Azərbaycanın Çin iqtisadiyyatına dolayı yol ilə yatırdığı cari investisiyaların həcmi 1,7 mlrd. ABŞ dolları təşkil edir.

"APA-Economics"in Çinin "Global Times" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bu rəqəm Çin üçün böyük olmasa da, Azərbaycan üçün kifayət qədər böyükdür.

Baş nazir onu da qeyd edib ki, bu ilin ilk doqquz ayında Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 96% artaraq 1,7 mlrd. dollara çatıb.

Qeyd edək ki, Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda keçirilən 2-ci Beynəlxalq Çin İdxal Sərgisində iştirak edib.

Digər xəbərlər

Arxiv

date