Şahin Mustafayev: Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısında 2,4% artıb

Şahin Mustafayev: Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısında 2,4% artıb
# 14 avqust 2019 17:33 (UTC +04:00)

Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4% artıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə artım 3,2%, qeyri-neft sənayesində 15,7%, ticarət dövriyyəsində 20%-dən çox, qeyri-neft ixracında 15%, kənd təsərrüfatı məhsullarının istehsalında 13% artıb.

Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Bildirilib ki, valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsindədir. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6% artıb, inflyasiya 2,5% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR