Səfir: "Azərbaycanla Meksika arasındakı ticarət dövriyyəsinin həcmi artıb”

Səfir: "Azərbaycanla Meksika arasındakı ticarət dövriyyəsinin həcmi artıb”
# 23 oktyabr 2019 12:38 (UTC +04:00)

“Ötən illər ərzində Azərbaycanla Meksika arasındakı ticarət dövriyyəsinin həcmi 21 dəfə artıb”.

APA-nın xəbərinə görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini keçirdiyi mətbuat konfransında deyib.

“90-ci illərdə bu göstərici illik 2 milyon dollar təşkil edirdisə, 2019-cu ilin sentyabr ayına olan məlumata görə, hazırda 42 milyon dollara çatıb”, - deyə səfir bildirib.

O bu tərəfdaşlığın daha da artacağını və gələcəkdə ticarətin həcminin 50-70 milyon dollara çatacağına ümid etdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR