Səfir: Azərbaycanla Meksikanın ticarət dövriyyəsi son 2-3 ildə 40% artıb

Səfir: Azərbaycanla Meksikanın ticarət dövriyyəsi son 2-3 ildə 40% artıb
# 07 noyabr 2019 13:06 (UTC +04:00)

Azərbaycanla Meksika arasında olan ticarət dövriyyəsinin həcmi 30 mln. ABŞ dollarını keçib.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov deyib.

Onun sözlərinə görə, bu, müqayisədə bir o qədər çox görünməyə bilər, lakin ümumilikdə, dinamikaya nəzər salınsa, son 2-3 il ərzində 30-40%-lik artım müşahidə olunur.

"Belə ki, əgər 2017-ci ildə bu rəqəm 20-21 mln. dollar idisə, artıq bu gün 30 mln. dolları keçib", - deyə səfir qeyd edib.

O həmçinin əlavə edib ki, Meksikada Azərbaycan məhsullarına çox böyük maraq var və səfirlik yerli şirkətlərlə Meksika bazarına çıxmalarına lazımi dəstək verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR