Sentyabrda Azərbaycanda inflyasiya 2,6 faiz olub

Sentyabrda Azərbaycanda inflyasiya 2,6 faiz olub
# 22 noyabr 2019 11:58 (UTC +04:00)

Sentyabr ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artıb ki, bu da Azərbaycan Mərkəzi Bankının (AMB) 4±2 faiz hədəfindən aşağı göstəricidir.

"APA-Economics"in xəbərinə görə, bu barədə Dünya Bankının (DB) “Azerbaijan Monthly Economic Update – November 2019” adlı hesabatında bildirilib.

Xatırladaq ki, Azərbaycan hökuməti bu ilin sonuna ölkədə inflyasiyanın 3,8% təşkil edəcəyini proqnozlaşdırır.

Hesabatda deyilir ki, sentyabr ayında ərzaq məhsullarının qiymətləri 2018-ci ilin eyni müddəti ilə müqayisədə 5 faiz artıb, qeyri-ərzaq mallarının qiymətlərində inflyasiya dəyişməz olaraq qalıb.

Hesabata qeyd olunur ki, buna cavab olaraq, oktyabrda AMB-ın İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8,00%-dən 7,75%-ə endirilməsi haqda qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR