Sığorta şirkətləri icbari sığorta ödənişinə dair Dövlət Agentliyinə hesabat verəcək

Sığorta şirkətləri icbari sığorta ödənişinə dair Dövlət Agentliyinə hesabat verəcək
  • Clock-gray 18:45
  • calendar-gray 02 Avqust 2019

Maliyyə Bazarlarına Nəzarət Palatası “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığortaçı tərəfindən icbari tibbi sığorta ilə bağlı ödənilən sığorta haqlarına dair hesabat forması və onun təqdim edilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda nəzərdə tutulmuş sığortaçı tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları barədə hesabatın forması və onun təqdim edilməsi qaydasını müəyyən edir.

Qanuna əsasən, sığortaçı Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin “Sığorta fəaliyyəti haqqında” qanun ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxsdir.

Qaydaya əsasən sığorta haqqı sığortaçılar tərəfindən aylıq olaraq hesablanmalı və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq icbari tibbi sığorta fonduna ödənilməlidir. Hesabat sığortaçının İdarə Heyətinin sədri və baş mühasibi tərəfindən imzalanmalı və həmin sığortaçının möhürü ilə təsdiqlənməlidir.  Sığortaçı hesabatı rüblük əsasda, müvafiq rüb başa çatdıqdan 20 gün müddətində kağız və elektron daşıyıcılarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etməlidir.

Bu Qayda 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date