TDƏŞ ölkələri arasında Birgə İnvestisiya Fondu yaradılacaq

TDƏŞ ölkələri arasında Birgə İnvestisiya Fondu yaradılacaq
  • Clock-gray 16:47
  • calendar-gray 07 Oktyabr 2019

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələr arasında Birgə İnvestisiya Fondu yaradılacaq.

Azərbaycan İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələyə dair fikir mübadiləsi Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə Bakıda səfərdə olan TDƏŞ-in baş katibi Bağdad Amreyev arasında keçirilən görüşü zamanı aparılıb.

Bildirilib ki, Fondun yaradılması iqtsadi-ticarət əməkdaşlığının genişləndirilməsində önəmli rol oynayacaq.

Görüşdə Azərbaycanın TDƏŞ üzvü olan ölkələrlə iqtisadi sahədə əlaqələrinin inkişafı, 2019-cu il 14-15 oktyabr tarixlərində Bakıda keçiriləcək TDƏŞ-in VII Zirvə Toplantısı və bu tədbir çərçivəsində biznes-forumun təşkili məsələləri müzakirə edilib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date