"Visa" ilk dəfə Azərbaycanda tokenizasiya xidmətini tətbiq edəcək

"Visa" ilk dəfə Azərbaycanda tokenizasiya xidmətini tətbiq edəcək
# 15 avqust 2019 11:34 (UTC +04:00)

“Visa” beynəlxalq kart təşkilatı Azərbaycanda ilk dəfə nağdsız ödənişlərin inkişafında, innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsində mühüm rol oynayacaq tokenizasiya xidmətini tətbiq edəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, bunu nəzərə alaraq Palatada “Visa” ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, innovativ texnologiyalar sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə seminar keçirilib.

İştirakçılara tokenizasiya xidməti və onun üstünlükləri, qabaqcıl ölkələrin bu istiqamətdə təcrübələri, təsərrüfat subyektlərində POS-terminal olmadan mobil telefonlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi imkanları müzakirə edilib.

Palata tərəfindən ölkədə tətbiqi dəstəklənən bu layihə nağdsız ödənişlərdə yeniliklərin tətbiqinə səbəb olmaqla, nağdsız cəmiyyətin formalaşmasında və nağdsız ödənişlərin ödəniş kartı ilə yanaşı digər vasitələrlə həyata keçirilməsində mühüm rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR