“Sumqayıt” Polşa klubu ilə qarşılaşacaq

“Sumqayıt” Polşa klubu ilə qarşılaşacaq
# 26 dekabr 2019 10:00 (UTC +04:00)

​​​​​​​Qış fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçirəcək “Sumqayıt”ın yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələri Polşanın “Arka” klubu ilə qarşılaşacaq.

Bu oyun yanvarın 21-də baş tutacaq.

Qeyd edək ki, Polşa çempionatının Ekstraklasasında çıxış edən “Arka” 20 turdan sonra 21 xalla 13-cü pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR