2 rus hərbçisi uçqun altında qalaraq həlak olub

2 rus hərbçisi uçqun altında qalaraq həlak olub
# 22 dekabr 2021 02:22 (UTC +04:00)

Cənubi Osetiyada 2 rus hərbçisi uçqun altında qalaraq həlak olub.

APA-nın xəbərinə görə, bu barədə “Ria Novosti” Fövqəladə hallar xidmətinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, “2 Rusiya hərbçisi Cənubi Osetiyada uçqun altında qalaraq ölüb, daha ikisi isə Sxinvalidə xəstəxanadadır”.

Daha əvvəl məlumat verilmişdi ki, Cənub hərbi dairəsinin 5 hərbi qulluqçusu Transqafqaz magistralındakı portalın cənub tərəfində uçquna düşüblər. Onlardan üçünə tibbi yardım göstərilib. Qalan iki nəfərin axtarışına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR