2020-ci ildə Rusiyada 40-dan çox terror hücumunun qarşısı alınıb

2020-ci ildə Rusiyada  40-dan çox terror hücumunun qarşısı alınıb
# 08 dekabr 2020 14:15 (UTC +04:00)

Bu il Rusiyada xüsusi xidmət və hüquq-mühafizə orqanları 40-dan çox terror hücumunun qarşısını alıb, 49 yaraqlı məhv edilib və 36 dəstə lideri saxlanılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikovun rəhbərliyi ilə Terrorla Mübarizə Milli Komitəsinin və Federal Əməliyyat Qərargahının birgə iclasında məlumat verilib.

İclasda çıxış edən Bortnikov bildirib ki, hüquq-mühafizə orqanlarının koordinasiya olunmuş fəaliyyəti nəticəsində bu il Rusiyada terror aktlarının qarşısı alınıb.

Hazırlıq mərhələsində olan 41 terror hadisəsi daxil olmaqla 61 terror cinayətinin qarşısı alınıb. ​​

Terrorla mübarizə əməliyyatlarında 8 lider olmaqla 49 terrorçu zərərsizləşdirilib. 36 dəstə lideri, 162 döyüşçü və terrorçularla əlbir olan 591 şəxs saxlanılıb.

Bundan əlavə, təxminən 600 odlu silah, kustar üsulla hazırlanmış 134 partlayıcı qurğu, 100 mindən çox patron, 3 mindən çox mina, əl bombası və digər sursat ələ keçirilib.

Silah istehsalı və konversiyası üçün 50 qanunsuz emalatxana bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR