25 saylı Nizami İkinci Seçki Dairəsinin bir seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

25 saylı Nizami İkinci Seçki Dairəsinin bir seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb
# 21 fevral 2020 20:24 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 25 saylı Nizami İkinci Seçki Dairəsindən qeydə alınan namizəd Ramin Əbilovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və 26 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR