ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb

ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
  • Clock-gray 17:28
  • calendar-gray 17 Yanvar 2021

 ABŞ-ın “Vaccine Adverse Event Reporting System” təşkilatı koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayını açıqlayıb.

APA bildirir ki, bu barədə “The Epoch Time” xəbər verir.

Məlumatlara görə, Moderna və Pfizer / BioNTech əczaçılıq şirkətlərinə məxsus peyvəndlər edilən 55 insan ölüb. Onların əksəriyyəti peyvənd vurulandan bir neçə gün sonra ölüb.

Kolorado ştatında qocalar evində yaşan 66 yaşlı kişi, peyvənddən sonra özünü daima yuxulu hiss edib və yataqdan qalxa bilməyib. Növbəti gün onu yataqda ölü tapıblar.

Cənubi Dakota ştatında isə 93 yaşlı kişi Pfizer peyvəndindən 2 saat sonra halı pisləşib və həyatını itirib.

Ölüm hadisələrindən əlavə, ABŞ-da peyvəndlə əlaqədar həyati təhlükəsi olan 96 insan olduğu bildirilir.

Məlumata görə, 225 xəstə koronavirus peyvəndi vurulduqdan sonra xəstəxanaya yerləşdirilib, 1,3 mindən çox insan təcili yardıma müraciət edib.

apa-logo-mini

Digər xəbərlər