ABŞ səfiri sanksiyalarla əlaqədar Rusiya XİN-ə çağırılıb

ABŞ səfiri sanksiyalarla əlaqədar Rusiya XİN-ə çağırılıb
# 15 aprel 2021 16:55 (UTC +04:00)

ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

ABŞ-ın ölkəsinə qarşı yeni sanksiyalarına münasibət bildirən XİN rəsmisi Rusiyanın bu sanksiyalara cavabının qaçılmaz olduğunu qeyd edib: “Baş verəcəklərə görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür. Rusiyanın bu sanksiyalara cavabı qaçılmaz olacaq. Qeyd edim ki, sanksiyalarla əlaqədar artıq ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR