Aİ Navalnı ilə bağlı Rusiya güc strukturlarının rəhbərlərinə sanksiya tətbiq edib

Aİ Navalnı ilə bağlı Rusiya güc strukturlarının rəhbərlərinə sanksiya tətbiq edib
# 02 mart 2021 18:04 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) həbsdəki müxalif blogger Aleksey Navalnı ilə bağlı rusiyalı rəsmilərə sanksiya tətbiq edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Aİ-nin yaydığı sənəddə bildirilib.

Aİ Rusiyanın Baş prokuroru İqor Krasnov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin, Cəzalara Nəzarət üzrə Federal Xidmətin rəhbəri Aleksandr Kalaşnikov və “Rosqvardiya”nın rəisi Viktor Zolotova sanksiya tətbiq edib.

Səyahət qadağası və hesabların dondurulmasını özündə ehtiva edən sanksiyalar bu gündən qüvvəyə minir. Bundan əlavə, Aİ-dəki şəxslərin və təşkilatların, birbaşa və ya dolayı yolla sanksiya tətbiq olunanları vəsaitlə təmin etməsi qadağandır.

Rusiya Dövlət Duması və Federasiya Şurası Aİ-nin yeni sanksiyalarına münasibət bildirib. Dumanın beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa sanksiyaları nonsens adlandırıb.

Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabbarov isə ölkəsinin bu sanksiyalara cavab verməli olduğunu vurğulayıb: “Bu cavab sanksiyaları Avropa İttifaqı ölkələrinin hər birinə aid olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR