AMOR və Vahid Rusiyanın Gənclər Qvardiyası Moskvada birlikdə xeyriyyə aksiyası keçiriblər - FOTO

AMOR və Vahid Rusiyanın Gənclər Qvardiyası Moskvada birlikdə xeyriyyə aksiyası keçiriblər - FOTO
# 31 dekabr 2020 16:33 (UTC +04:00)

Vahid Rusiyanın Gənclər Qvardiyası (MQER) Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) ilə birlikdə xeyriyyə aksiyası keçirib.

AMOR-un məsul katibi Ceyhun Hüseynovun APA- nın Rusiya bürosuna verdiyi məlumata görə, dekabrın 29 və 30-da gənclər təşkilatlarının nümayəndələri Moskvanın parklarında xeyriyyə aksiyası təşkil edərək paytaxt sakinlərini Yeni il münasibətilə təbrik ediblər.

Xeyriyyə aksiyası təşkilatların əməkdaşlığı çərçivəsində baş tutub. AMOR və MQER fəalları paytaxt sakinlərini Yeni il münasibətilə təbrik edərək hədiyyələr paylayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR