ATƏT PA Belarusda prezident seçkilərinə koronavirusa görə müşahidəçi göndərməyəcək

 ATƏT PA Belarusda prezident seçkilərinə koronavirusa görə müşahidəçi göndərməyəcək
# 07 iyul 2020 18:49 (UTC +04:00)

ATƏT-in Parlament Assambleyası (PA) Belarusda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməyəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Belarus parlamentinin Nümayəndələr Palatasının Beynəlxalq məsələlər üzrə daimi komissiyasının rəhbəri Andrey Savinıx bildirib.

Onun sözlərinə görə, buna yeni növ koronavirus (COVID-19) pandemiyası səbəb olub.

“ATƏT-in Parlament Assambleyasından Belarus tərəfinə bildirilib ki, onlar prezident seçkilərinə öz müşahidəçilərini göndərməyəcəklər. Bu, epidemioloji vəziyyətlə bağlıdır”, - deyə A. Savinıx vurğulayıb.

Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR