ATƏT PA-nın prezidenti dəyişib

ATƏT PA-nın prezidenti dəyişib
# 14 dekabr 2020 21:30 (UTC +04:00)

31 oktyabrda Gürcüstanda parlament seçkilərinin keçirilməsi və Gürcüstan parlamentinin yeni çağırışının fəaliyyətə başlaması ilə əlaqədar ATƏT PA-nın Prezidenti Georgi Tsereteli vəzifəsini tərk edib.

APA xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, G.Tseretelinin vəzifəsini assambleyanın vitse-prezidenti, Böyük Britaniyadan olan lord Peter Bounes təhvil alıb.

Qeyd edək ki, Gürcüstanın müxalif “Avropalı Gürcüstan” partiyasının üzvü olan Georgi Tsereteli 2017-ci ildən ATƏT PA-nın Prezidenti idi.

“Mənim prezidentliyim assambleyanın müxtəlif çağırışlarla davam edən COVID-19 pandemiyası, silahlı münaqişələr, demokratiyalara qarşı böyüyən təhdidlər və insan haqları, iqlim dəyişikliyi, radikallaşma və terrorçuluq və genişmiqyaslı miqrasiya kimi qlobal böhranların həllinin zəruri olduğu bir vaxtda başa çatır. Mən bitməmiş gündəmimizi davam etdirmək və ATƏT-in təməl dəyərlərini və prinsiplərini qorumaq üçün səylərinizi davam etdirməyə çağırıram”,- deyə G.Tsereteli bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR