Abşeronda qaçırılan avtomobil qəzaya düşüb

Abşeronda qaçırılan avtomobil qəzaya düşüb
# 04 may 2020 12:30 (UTC +04:00)

Abşeronda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis Şöbəsinə Sumqayıt şəhər sakini İ.İbişlinin “QAZ-3110” markalı avtomobilinin mayın 2-də saat 22 radələrində Saray qəsəbəsi ərazisindən qaçırılması barədə məlumat daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıblar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR