Ali Məhkəmə Almazbek Atambayevin cinayət işini yenidən baxılması üçün aşağı instansiyaya göndərib

Ali Məhkəmə Almazbek Atambayevin cinayət işini yenidən baxılması üçün aşağı instansiyaya göndərib
  • Clock-gray 16:57
  • calendar-gray 30 Noyabr 2020

Qırğızıstan Ali Məhkəməsi sabiq prezident Almazbek Atambayevin cinayət işini yenidən baxılması üçün aşağı instansiyaya göndərib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ali Məhkəmənin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 30-da Ali Məhkəmə kriminal avtoritet Aziz Batukayevin qanunsuz sərbəst buraxılması iddiası ilə bağlı iki alt instansiyanın hökmlərini ləğv edib və işi yenidən baxılması üçün Bişkekin Bir may rayon məhkəməsinə göndərib”, - deyə bildirilib.

Qeyd edək ki, məhkəmənin hökmü ilə A. Atambayev 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Zümrüd Paşkin

Digər xəbərlər